Mərakeş hökuməti Türkiyədən 13 ədəd “Bayraqdar TB2” pilotsuz uçan aparat (PUA) sifariş edib.
Fins.az xəbər verir ki, PUA-larla bağlı razılaşmanın Mərakeşin Qərbi Saxarada hərbi əməliyyata başlaması fonunda imzalandığı bildirilib. Mərakeşlə “Baykar” şirkəti arasında imzalanan razılaşmaya əsasən, Türkiyə tərəfi Mərakeşə PUA-ların ehtiyat hissələrini verməklə bərabər şəxsi heyətin hazırlığını da həyata keçirəcək. Xəbəri “La Desk” verib.
