Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildəki gəliri 9 milyon 994 min rubl təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən deklarasiyada qeyd olunub. Rusiya liderinin qazancı 2019-cu ilə nisbətən 268 min rubl artıb. Prezidentin onun gəlirləri, xərcləri və mal varlıqları barədə təqdim etdiyi deklarasiyada dəyişiklik olmayıb. Onun mülkiyyətində 77 kvadratmetrlik mənzil, 18 kvadratmetrlik qaraj, iki “Volqa” “QAZ M21”, 1 “Niva”, və 1 “Skif” qoşqusu var. Bundan başqa, Putinin istifadəsində 153,7 kvadratmetrlik mənzil var. Qeyd olnunub ki, sadalanan bütün obyektlər Rusiya ərazisində yerləşir. Xəbəri “Forbes” verib
