DÜNYA

16 Aprel

Dünyanın ən varlı insanından işçi dostu mesajı

Amazon illərdir müştəriləri ön plana qoymuşdu, lakin bundan sonra şirkət işçilərinin rifahına fokuslanacaq.

Fins.az xəbər verir ki, Amazon-un Direktoru Jeff Bezos səhmdarlara göndərdiyi bir məlumatda, "Hesab edirəm ki, işçilər üçün daha çox çalışmalıyıq. İşçilərimiz və müvəffəqiyyətləri üçün necə daha yaxşı dəyər yaratmamız lazım olduğuna dair daha yaxşı bir viziona ehtiyacımız var", - bildirib.

Amazon-in Direktoru vəzifəsini üçüncü rübdə tərk edəcəyini açıqlayan Bezos, "Dünyanın ən yaxşı işə götürəni və ən etibarlı iş yeri olacağıq" deyə əlavə edib..