DÜNYA

16 Aprel

Aİ süni intellektin tənzimlənməsi qaydalarını sərtləşdirəcək

Avropa İttifaqı (Aİ) süni intellekt texnologiyaları ilə əlaqəli ən pis ssenarinin qarşısını almaq niyyətində olsa da, eyni zamanda onların iqtisadi potensialının inkişafını davam edəcək.

Qanun layihəsinə görə, Avropa Komissiyası müəyyən "yüksək təhlükəli" süni intellekt sistemlərinin istifadəsini tamamilə qadağan etmək niyyətindədir. Qadağaya riayət etməyən ölkələr Aİ-yə üzv ola bilməyəcək, şirkətlər isə 20 mln. avro və ya gəlirin 4%-i məbləğində cərimə ödəməli olacaq.

Qanun layihəsinin son variantı bu ilin aprelin 21-də təqdim ediləcək.

© APA