ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefonda danışıb.
Fins.az xəbər verir ki, Ag Evin yaydığı məlumata görə, Bayden, Rusiyanın Ukrayna sərhədindəki hərbi qüvvələr yığmasından narahatlığını dilə gətirib və gərginliyi azaltmağa çağırıb.
Danışıq zamanı bir çox regional və qlobal mövzular da müzakirə edilib.
Danışıq zamanı Bayden, Rusiyanın kiber hücumlar və seçkilərə müdaxilə kimi hərəkətlərinə qarşılıq olaraq ABŞ-ın milli mənfəətlərini müdafiə etmək adına sərt addımlar atacağının dilə gətirib.
Bayden ABŞ-ın Ukraynanın suverenliyi və torpaq bütünlüyünə qarşı sarsılmaz dəstəyini vurğulayıb. Bayden, Rusiyanın işğal altındakı Krım və Ukrayna sərhədində hərbi güc yığmasından yaranan narahatlığını dilə gətirib və Rusiyanı gərginliyi azaltmağa çağırıb.
Bayden Putinə ABŞ və Rusiyanın qarşı-qarşıya qaldığı bir çox məsələni müzakirə etmək üçün gələcək aylarda üçüncü bir ölkədə görüşməyi təklif edib.
