DÜNYA

12 Aprel

Aİ ölkələrinin xarici işlər nazirləri Donbasdakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Donbasdakı vəziyyəti müzakirə edəcək.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano deyib. 

Onun sğzlərinə görə, bu məsələ aprelin 19-da Aİ-nin xarici işlər nazirlərinin qeyr-formal görüşündə müzakirə olunacaq.  

"Ukrayna məsələsi xarici işlər nazirlərinin videokonfransının gündəliyində olacaq. Vəziyyətin inkişafını çox diqqətlə və narahatlıqla izləyirik", - deyə o bildirib.