DÜNYA

12 Aprel

Cənubi Koreyadan 44 ildən sonra ilk dəfə İrana rəsmi səfər

Cənubi Koreyanın baş naziri Çunq Se-Kun (Chung Sye-Kyun) İranın ətraf mühiti çirkləndirdiyi səbəbiylə əl qoyduğu Cənubi Koreya bayraqlı neft tankeri “Hankuk Chemi”nin buraxılmasından sonra bu ölkəyə səfər edir.

Fins.az  trthaber-ə istinadla xəbər verir ki, Cənubi Koreya Nazirlər Kabinetindən verilən məlumata görə, İrana rəsmi səfər üçün paytaxt Seuldan ayrılan baş nazir Çunq Se-Kun 13 nəfərlik heyətlə aprelin 13-ə qədər İranda olacaq.

Baş nazirin bu səfəri 44 ildən sonra Cənubi Koreyadan İrana ilk rəsmi səfər sayılır.