DÜNYA

12 Aprel

Pekin superkompüterlərdən imtina etməyəcək

Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan deyib ki, ABŞ tərəfindən təzyiq rəsmi Pekinin elmi-texniki tərəqqisinin artım sürətini dayandıra bilməyəcək. ABŞ Ticarət Nazirliyinin Çinin Müdafiə Nazirliyi tərəfindən nüvə silahları, kibersilahlar və səsdən sürətli (hipersonik) silahların hazırlanmasında istifadə olunan superkompüterlərin yaradılmasında iştirak edən 7 müəssisəsinin qara siyahıya daxil edilməsi qərarını şərh edib.

Fins.az xəbər verir ki, Çinli diplomat deyib ki, rəsmi Vaşinqton tərəfindən texnoloji blokadaya baxmayaraq, Çinin superkompüterləri yerli hazırlamalar nəticəsində dünyada liderliyə yüksəlir. Qlobal superkompüterlərin reytinqində hesablama sürəti 93 petaflops olan “Sunway TaihuLight” superkompüterinin sayəsində Çin dünyada üçüncü yeri tutur deyə Çja Liszyan bildirib. Qeyd edək ki, bu göstəricidə ABŞ-ın “IBM” korporasiyasının superkompüterləri ilk iki yeri tutur.