Böyük Britaniya hökuməti COVID-19 virusuna görə ölkəyə gələnlərə “yaşıl”, “sarı” və “ qırmızı” rəngli məhdudiyyətlər tətbiq edir. Ölkəyə gələn turistlər rənglərə uyğun qanunlarla hərəkət edəcəklər. Turistlər üçün məhdudiyyət yalnız iyun ayının sonlarında götürülə bilər.
Fins.az xəbər verir ki, Böyük Britaniya yalnız may ayında beynəlxalq nəqliyyatı bərpa edəcək. Ölkənin nəqliyyat naziri Qrant Şenns bildirib ki, Britaniya yalnız mayın 17- dən sonra beynəlxalq nəqliyyatı bərpa edəcək. Eyni zamanda , britaniyalılar xaricə getdikləri zaman “qırmızı, “yaşıl” və “sarı” rənglər vasitəsi ilə hərəkət edəcəklər ki, bu da onları epidemioloji təhlükədən qoruyacaq
