Özbəkistanın Çukurkuduk bölgəsində 133 ton ehtiyatı olan böyük qızıl yatağı aşkar olunub. Özbəkistan Geologiya və Mineral Ehtiyatlar Komitəsinin məlumatına görə, ötən il 70-80 ton ehtiyatı olan daha bir neçə yataq tapılıb.
Qeyd edilib ki, Surxandərya vilayətində aşkar edilən Çinarsoy yatağında qızıl, gümüş, qurğuşun və digər qiymətli metallar var. Səmərqənd və Qaşqadərya vilayətlərinin sərhədindəki Sarıkul yatağı isə volframla zəngindir. Daşkənd vilayətinin Almalık şəhəri yaxınlığında isə böyük mis yatağı aşkarlanıb. Xəbəri “Fergana.news” veri