Fins.az xəbər verir ki, Rusiya 2021-ci ilin yanvar-fevral aylarında Çinə neft tədarükünü bir qədər azaldıb.
Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, ilin ilk iki ayında Rusiya neft tədarükü 0,86 % azalaraq 13,93 milyon ton və ya gündəlik 1,72 milyon barel təşkil edib.