DÜNYA

22 Mart

İMF: Bu il daha sürətli iqtisadi bərpa perspektivləri var

Vaksinlər və əlavə maliyyə təşviqləri 2021-ci ildə daha güclü qlobal böyümə vəd edir.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbərinin birinci müavini Ceffri Okamoto deyib.

“Yanvar ayında verilən proqnoza görə, 2021-ci ildə qlobal böyümənin 5,5 % səviyyəsində gözlənilirdi, lakin xüsusilə ABŞ-ın əlavə maddi təşviqlər və aşılamaların yayılması ilə daha güclü böyümə perspektivləri var”, - deyə IMF-nin rəhbərinin birinci müavini deyib.

Eyni zamanda, qlobal bərpanın natamam və qeyri-bərabər qaldığını qeyd edən C.Okamoto: “2020-ci ilin ikinci yarısında gözləniləndən daha güclü bir bərpa olmasına baxmayaraq, bir çox ölkənin ÜDM-si pandemiya öncəsi səviyyələrin altında qalıb”.

Beləliklə, Çin bütün əsas iqtisadiyyatları geridə qoyaraq böhrandan əvvəlki inkişaf səviyyəsinə qayıdıb. Lakin böyümə hələ də balanssız və özəl istehlak investisiyalardan geri qalır. Çindən başqa inkişaf etmiş iqtisadiyyatlarla inkişaf etməkdə olan bazarlar arasındakı uçurumun artdığına dair narahatlıq var.

IMF, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında və Çin xaricində inkişaf etməkdə olan ölkələrdə adambaşına düşən ümumi gəlirin 2020-2022-ci illəri arasında pandemiyadan əvvəlki səviyyədən 22 % az olacağını təxmin edir. Bu da, pandemiyanın başlamasından bəri təxminən 90 milyon insanı yoxsulluq həddinin altına salacaq.

“Bərpa ilə bağlı qeyri-müəyyənlik son dərəcə yüksəkdir. Səhiyyə böhranının nə qədər davam edəcəyini bilmirik. Peyvəndlərə giriş həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə qeyri-bərabərdir. Aşağı gəlirli ölkələrdə 2022-ci ilə qədər geniş miqyaslı aşılanma olmaya bilər və bu bir problemdir. Pandemiya yalnız hər kəs üçün bitdikdə sona çatacaq”, - deyə C.Okamoto vurğulayıb.

Yanvar ayında IMF, 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu oktyabr ayındakı 5,2 %-dən 5,5 %-ə yüksəldib. IMF-in dünya iqtisadiyyatının inkişafı ilə bağlı yeni proqnozları aprel ayının əvvəlində dərc ediləcək.

©report