DÜNYA

21 Mart

Ən böyük hidrogen zavodu

Fins.az xəbər verir ki, Böyük Britaniyanın BP şirkəti 2030-cu ilə qədər ölkənin ən böyük hidrogen zavodunu inşa edəcək. Şirkətin bu addımı atmaqda əsas məqsəd atmosferə atılan çirkli qaz emissiyalarını azaltmaqdır. Artıq BP hidrogen istehsalı prosesindən karbon emissiyalarının 98 faizə qədərini tuta biləcək texnologiyaların araşdırılması üçün layihə üzrə texniki-iqtisadi əsaslandırmaya başlayıb. Şirkət “H2Teesside” adlı layihənin ildə 2 milyon ton karbon qazını (CO2) tutaraq Şimal dənizinin altındakı anbarlara ötürülməsini planlaşdırır. BP “H2Teesside” layihəsi ilə bağlı son investisiya qərarını 2024-cü ildə verəcəyini bildirib. Məlumatı BBC yayıb.