DÜNYA

19 Mart

BMT dünya inkişaf proqnozunu yüksəltdi - 4.7%

Fins.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının "Ticarət və İnkişaf" konfransı keçirilib. Konfrans zamanı verilən hesabatda bildirilib ki, 2021-ci ildə qlobal iqtisadiyyatın artım sürəti 4.7%-ə çata bilər.

Ötən ilin sentyabr proqnozunda artım sürətinin 4.3% təşkil edəcəyi gözlənilirdi. Proqnozun yaxşılaşdırılması ABŞ-ın daha sürətli bərpası ilə əlaqədardır. Ölkədə koronavurisa qarşı peyvəndlərin geniş yayılması və 1.9 trilyon dollarlıq yeni stimullaşdırıcı maliyyə paketinin ayrılması istehlak xərclərinin artırıb. 

Ekspertlər bu ilin sonuna qlobal iqtisadi artım sürətinin "COVID-19" pandemiyasından əvvəlki sürətindən 5% aşağı olacağını proqnozlaşdırırlar.