Fins.az xəbər verir ki, ABŞ Rusiyaya silah ixrac–idxalını qadağan edib. Bu barədə hökumətin qəbul etdiyi qərarda deyilir: “ABŞ-ın siyasəti Rusiya üçün nəzərdə tutulan müdafiə məhsullarının və xidmətlərinin ixracına və ya digər icazələrə lisenziya verilməsindən imtinanı nəzərdə tutur”. Qeyd edək ki, qadağa siyahısında Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve də yer alıb.
Xəbəri “Bloomberg” verib.