"Goldman Sachs" bankının mütəxəssisləri cari ildə ABŞ ÜDM-in artımını 8% proqnozlaşdırırlar. "Axios" informasiya portalının verdiyi məlumata görə, bank bu barədə müştərilərinə məlumat verib.
“Son maliyyə siyasəti xəbərlərinin təhlilindən sonra ABŞ ÜDM-ə dair proqnozumuzu artırdıq və indi 2021-ci ildə 8% artım və 2021-ci ilin sonuna qədər işsizliyin 4% olacağını gözləyirik; 2022-ci ildə onu 3,5% və 2023-cü ildə 3.2%".
Bu proqnozu nəzərə alaraq "Goldman Sachs" mütəxəssisləri 2023-cü ildə ABŞ-da inflyasiyanın 2,1% olacağını gözləyirlər