Fins.az xəbər verir ki, Çin Beynəlxalq Statistika Mərkəzinin açıqladığı yanvar - fevral aylarına aid sənaye istehsalı xəbərlərinə görə, indeks ötən ilin eyni dövrü ilə müqayisədə 35.1% artım göstərdi. Proqnozlar yüksəlişin 32% həddində olması idi.
Çinin neft təsisatlarında istehsal isə artan tələb nəticəsində ötən ilin ilk ayında təklifin artması ilə yaşanan sərt enişlərin əksinə 15% yüksəldi. Eyni dövr üçün ölkədə pərakəndə satışlar da illik bazada 33.8% artdı.
Genişləndirmə pul siyasətini davam etdirən Çin Mərkəzi Bankı isə faziləri 11-ci dəfə 2.2% səviyyəsində sabit saxlayaraq, "MLF" alətləri vasitəsilə birja üçün 100 milyard yuan (15.37 milyard dollar) likvidlik həyata keçirmiş oldu.