Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) ixracı cari ilin yanvar ayından 40,7 faiz azalıb. Bildirilir ki, bəhs edilən dövrdən ölkənin Aİdən idxalı isə 28,8 faiz geriləyib. Bu, 1997-ci ildən bəri ən aşağı göstəricidir. Bu dövrdə Birləşmiş Krallıqdan Aİ-yə ixrac olunan məhsulun dəyəri 5,6 milyard, idxalın dəyəri isə 6,6 milyard funt-sterlinq azalıb. Məlumatı “The Sun” yayıb.