“Facebook” şirkəti Kaliforniya və Honkonq arasında Sakit okeanın dibi ilə yüksək keyfiyyətli internet kabelinin çəkilməsi fikrindən daşınıb. Buna səbəb ABŞ və Çin hökumətləri arasında münasibətlərin gərginləşməsidir. Bu barədə açıqlama verən “Facebook” şirkətinin nümayəndəsi bildirib ki, rəsmi Vaşinqtonun ABŞ və Honkonq arasında birbaşa rabitə kanalları ilə bağlı narahatlığının davam etməsi ilə əlaqədar olaraq Birləşmiş Ştatların Federal Rabitə Komissiyasına (FCC) edilən müraciət geri götürülüb.
Xəbəri “The Guardian” verib.