DÜNYA

13 Mart

ABŞ-ın sənaye sektorunda inflyasiya 2.8%-ə yüksəlib

Fins.az xəbər verir ki, ABŞ-n sənaye sektorunda inflyasiya aylıq müqayisədə düşsə də illik artım dinamikası proqnozları üstələyib. 

Fevralda istehsal qiymət indeksi aylıq müqayisədə proqnozlaşdırıldığı kimi 0.5% artsa da, illik müqayisədə 2.8%-ə çatıb. Mütəxəssislər illik sənaye inflyasiyasını yalnız 2.7%-ə yüksələcəyini ehtimal edirdilər.