DÜNYA

13 Mart

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.

Fins.az xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 402 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 390 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd azalaraq 309 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 374 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 92 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 15 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı birdir.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.