Fins.az İngiltərə “Milli Statistika İdarəsi”-nin hesabatına istinadən xəbər verir ki, İngiltərənin AB-ə ixracatı, Brexit keçidinin bitməsindən və ölkədəki mövcud koronavirus kilidlənməsindən sonra, yanvar ayında 41% azalıb.
Hesabatda bildirilir ki, cari ilin ilk ayında İngiltərənin AB-ə ümumi ixracatı kəskin azalaraq 19,3% enib.
Monetar olmayan qızıl və digər qiymətli metallar xaric, bütün malların idxalı 21,6% , AB-ə idxal isə 28,8% azalıb.
Yanvar ayında İngiltərənin AB-ə mal ixracı 5.3 milyard funt sterlinq, idxal isə 8.9 milyard funt azalıb.
İdxalda əsasən azalma maşınlarda, nəqliyyat avadanlıqlarında, kimyəvi maddələrdə, avtomobillərdə, tibbi və əczaçılıq məhsullarında müşahidə edilir.
Bu göstəricilər, 1997-ci ildən indiyənədək ən pis göstəricilərdi.