DÜNYA

12 Mart

\"Bu il Çinin 6% iqtisadi artım hədəfinə nail olması mümkündür\"

Beynəlxalq Valyuta Fondunun (IMF) sözcüsü Gerry Rice, Çin iqtisadiyyatının keyfiyyətli inkişafını müsbət qarşıladıqlarını bildirib.

Fins.az xəbər verir ki, Rice dünən  etdiyi açıqlamasında, Çinin 2021-ci ildəki iqtisadi artım hədəfini 6% olaraq təyin etməsinin, keyfiyyətli və balanslı iqtisadi inkişaf meylini qorumağa əhəmiyyət verildiyini göstərdiyini dilə gətirib.

Rice, "Hazırda, Çin iqtisadiyyatı sürətli bir şəkildə canlanmış vəziyyətdədir. Çinin 6% iqtisadi artım hədəfinə nail olması mümkün görünür" deyib.