Fins.az xəbər verir ki, “Eurostat” Avropa Statistika Agentliyinin məlumatına görə, yanvar ayında avro bölgəsindəki sənaye istehsalı aylıq 0.8%, ümumi illik göstəriciyə əsasən isə 0.1% artıb.
Bundan əlavə, “Eurostat” dekabr ayında avro bölgəsindəki sənaye istehsalının dinamikasını yenidən nəzərdən keçirib: yenilənmiş məlumata görə, aylıq olaraq 1,6% yox, 0,1% azalma qeydə alınıb. Ümumi illik göstəriciyə əsasən isə azalma 0,8% əvəzinə 0,2% olub.