DÜNYA

12 Mart

Hökumətin yeni tərkibi - Liviya

Liviya parlamentinin iclasında Milli Razılaşma Hökumətinin yeni tərkibi təsdiqlənib. Sirt şəhərində keçirilən iclasda Parlamentin Nümayəndələr Palatası nazirlərin siyahısı barədə qərar verib. Nümayəndələr Palatasının rəhbəri Aqil Salehin sözlərinə görə, təklif olunmuş Nazirlər Kabinetinin yeni tərkibi kifayət qədər etimad səsi yığa bilib. Yeni hökumətin 26 nazirdən ibarət olacağı bildirilir. Xəbəri “Anadolu” agentliyi yayıb.