Dünyada ilk dəfə audiokaseti ixtira edən niderlandlı mühəndis Lu Ottens 94 yaşında dünyasını dəyişib. 1952-ci ildə “Philips” şirkətində işləməyə başlayan Lu Ottens orada daha sonra yeni məhsulların hazırlanması şöbəsinə başçılıq edib. Onun rəhbərliyi altında “Philips”in “EL 35 85” modelli ilk portativ maqnitofonu hazırlanıb. 1963-cü ilə Berlinin elektronika sərgisində L.Ottensin hazırladığı maqnit lentli ilk kompakt kaset nümayiş olunub. O, tez bir zamanda musiqilərin yazılması və oynadılması üzrə yeni standarta çevrilib. Həmin müddətdən bəri dünyada 100 milyarddan çox audiokaset satılıb. 1979-cu ildə Ottens başqa bir səsdaşıyıcı kompakt diskin (CD) hazırlanmasında da iştirak edib. O, rəsmi olaraq 1982-ci ildə təqdim olunaraq yeni səs yazısı standartına çevrilib. Dünyada indiyədək 200 milyarddan çox CD satılıb. Xəbəri TASS yayıb.