Rusiyada yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət bir az yaxşılaşıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
“Biz koronavirusla bağlı Rusiyada vəziyyətin bir az yaxşılaşdığını görürük. Lakin yeni ştammların meydana çıxmasına görə vəziyyət çox həyəcanvericidir. Ona görə də daim diqqət və daim sistemin dayanıqlılığı tələb olunur”. – deyə ÜST nümayəndəsi “Qadınlar rəhbər mövqelərdə: COVID-19 dünyasında bərabər gələcəyə nail olmaq” adlı dəyirmi masada çıxışında vurğulayıb.