DÜNYA

11 Mart

2020-ci il koronavirus səbəbindən ABŞ tarixində ən ölümcül dövr olub

Ötən il ABŞ tarixində ən çox ölüm hallarının qeydə alındığı dövr olub.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Federal Mərkəzlərinin (CDC) məlumatında deyilir.

Bildirilir ki, ABŞ-da 2020-ci ildə yeni növ koronavirus qurbanlarının sayı təxminən 400 000 nəfər olub ki, bu da ölümlərin ümumi sayında ölkə üzrə 15 faiz artım təşkil edib. "COVİD-19" virusunun törətdiyi fəsadlar ötən il ABŞ-da ölüm saylarının tezliyinə görə ürək-damar və xərçəng xəstəliklərindən sonra üçüncü səbəb olub.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Con Hopkins Universitetinin verdiyi məlumatda ABŞ-da pandemiya zamanı 29 milyon nəfərdən çoxunun koronavirusa yoluxduğu, 529 mindən çoxunun isə dünyalarını dəyişdikləri bildirilir.