DÜNYA

10 Mart

Tədqiqatçılar dünyanın əsas vergi “sığınacaqlarını” açıqladılar

“Tax Justice Network” şirkəti dünyanın əsas vergi “sığınacaqlarının” reytinqini dərc edib. Siyahıya İsveçrədən, Hollandiyadan və Lüksemburqdan qabaq Böyük Britaniyanın bəzi əraziləri liderlik edib. İlk onluğa həm də BƏƏ daxil olub.

Qeyd edildiyi kimi, birinci yeri Böyük Britaniyanın Virciniya adaları – Atlantik okean və Karib dənizi sərhədindəki arxipelaq tutub. Kayman adaları – ikinci, Bermud adaları – üçüncü sıranı alıb. Adalardan sonra gələn Hollandiya, İsveçrə və Lüksemburq müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutub. Eyni zamanda, ilk onluğa Honkonq, Cersi adası (bu da İngiltərənin ərazilərinə daxildir), Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olub. Böyük Britaniyanın özü reytinqdə 13-cü yerə düşüb.

Şirkətdən verilən məlumata görə, BƏƏ bu reytinqdə ilk dəfədir Top 10-luğa daxil olub. Məsələn, 2019-cu ildə ölkə 12-ci yeri tutub. Lakin beynəlxalq təşkilatların BƏƏ vasitəsilə Niderlanda 218 milyard dollardan çox vəsait köçürüb. Nəticədə, BƏƏ-dəki beynəlxalq şirkətlərin maliyyə fəaliyyətləri dərhal 180% artıb və bu, ölkənin sıralamada yüksəlməsinə səbəb olub.

Niderlandın Maliyyə Nazirliyinin sözçüsü ölkədən BƏƏ-yə axın həcminin araşdırma iddialarından daha aşağı olduğunu söyləyib. BƏƏ səlahiyyətliləri bu mövzuya şərh bildirməkdən imtina edib.

Kayman adaları “ədalətli vergi sistemini qoruduğunu” və “beynəlxalq vergi standartlarına” riayət etdiyini açıqlayıb. İngiltərənin Maliyyə Nazirliyi isə xaricdəki ərazilərin öz qaydalarını təyin etdiyini bildirib. Qeyd edək ki, reytinqdəki ölkələr vergi və maliyyə sisteminin xarici biznesə gəlirləri çıxarmağa nə qədər sərbəst imkan verdiyinə görə sıralanır. Hesablamalara görə, vergi pozuntuları dünyaya ildə 245 milyard dollara başa gəlir.

Ümumilikdə reytinqə 70 ölkə daxil olub. Onlardan böyük hissəsi Avropa ölkələridir: məsələn, ilk iyirmiliyə İrlandiya, Kipr, Belçika, Fransa və Almaniya daxil olub. Çin 19-du, Latviya 42-ci, Estoniya 38-ci, Litva isə 54-ci yeri tutub.

© Banker