DÜNYA

10 Mart

ABŞ neftin qiymətləri üzrə proqnozunu kəskin artır

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu kəskin artırıb.

EIA-in aylıq hesabatına görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 60,67 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 7,47 dollar çoxdur.

Məlumata görə, 2022-ci ildə bu göstəricinin 58,51 dollar səviyyəsində olacağı gözlənilir 3,32 dollarlıq artım).

Ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata görə, WTI markalı neftin ötən il orta 2021-ci ildə isə 57,24 dollar (ötən proqnoza əsasən 50,21 dollar) səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə isə bu göstəricinin 54,75 dollara çatacağı gözlənilir (öncəki proqnoz 51,56 dollar səviyyəsində olub).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar olub.

© APA