Fransanın ayaqqabı markası “Christian Louboutin”in 24% səhm paketini Agnelli ailəsi tərəfindən idarə olunan “Exor NV” investisiya şirkətinə satır.
“Christian Louboutin” şirkətinin ümumi dəyəri 2,3 milyard avrodur.
Anlaşmanın şərtlərinə görə, sənaye maqnatı və “Fiat”ın qurucusu Gianni Agnellinin varisləri tərəfindən idarə olunan “Exor NV”, “Christian Louboutin”dəki pay üçün 541 milyon avro ödəyəcəyini deyib.
Qeyd edək ki, brendin baş ofisi Parisdə yerləşir. Şirkət dünyanın 30 ölkəsində 150 butikə sahibdir.
Əlavə olaraq, “Exor” “Christian Louboutin”inin direktorlar şurasına, iki üzv təyin edəcək
“Exor” şirkətindən bildirilib ki, “Christian Louboutin”ə qoyulan sərmayə, lüks bazarının genişlənməsində daha bir addımdır. Gianni Agnellinin nəvəsi Con Elkanın rəhbərlik etdiyi “Exor”, həmçinin “Ferrari NV”-nin böyük bir hissəsinin sahibidir. “Exor”un ən böyük sərvəti “Stellantis NV”dir, belə ki, “Fiat” və “Peugeot”a avtomobil nəhəngləri də daxildir.
“Christian Louboutin” almasının əsas səbəbi, markanın dünya səviyyəsində, xüsusən də Çində genişlənməsində əhəmiyyətli imkanlar görünür.
1991-ci ildə Parisdə dizayner Kristian Loboutin eyni adlı bu şirkəti yaradıb. K.Loboutin ayaqqabılarının özəliyi qırmızı altlığın olmasıdır. Şirkət kişi ayaqqabıları, dəri məmulatları və aksessuarları, kosmetika və parfümeriya məhsulları da istehsal edir.
“Exor” şirkətinin sərvəti təxminən 29 milyard dollardır. Bu şirkətə “Ferrari”, “PartnerRe”, “Stellantis”, “CNH Industrial”, “Juventus FC”, “The Economist”, “GEDI Gruppo Editoriale” və “Shang Xia” daxildir.