DÜNYA

08 Mart

İspan mətbuatı Avropa üçün yeni bir təhlükə barədə xəbər verdi

El Pais yazır ki, bir sıra Avropa ölkələrində baş verən pandemiya və kilidləmə doğum nisbətinin kəskin azalmasına səbəb olub.

Qəzetin yazdığına görə, İspaniyada dekabr və yanvar aylarında doğum nisbəti keçən ilin eyni dövrünə nisbətən 22,6% azdır.  "Pandemiya İspaniyada doğum nisbətini kəskin şəkildə azaltdı. Bu hələ son məlumatlar deyil, lakin azalmanın güclü olacağı gözlənilir" - bunu Milli Araşdırmalar İnstitutunun direktoru Diego Ramiro deyib.

Oxşar vəziyyət digər Avropa ölkələrində də müşahidə olunur, beləki, dekabr ayında İtaliyada yeni doğulan uşaqların sayı 21,6 %, Fransada isə yanvar ayında 13% azalıb.

Bunların əsas səbəbi, insanların ailə qurmalarının təxirə salma qərarı, məcburi təcrid, iş yerlərinin kəskin azalması və koronavirusdan yüksək ölüm səviyyəsidir.