DÜNYA

08 Mart

Saudi Aramco,  neft qiymətlərini maksimuma çatdırır

Bloomberg xəbər verir ki, Saudi Aramco şirkəti ABŞ və Asiyadan olan alıcılar üçün bütün neft növlərinin aprel satış qiymətlərini artırdı, Avropa müştəriləri üçün isə, əksinə qiymətləri endirdi.
Agentlik yazır ki: "Saudi Aramco, Arab Light'ın Asiya üçün qiymətini 40 sent artıraraq, bir etalonu 1,4 dollara qaldırdı". Hesabatda ABŞ üçün neft qiymətlərinin artırıldığı, Avropa üçün isə əksinə bir barel üçün 1,7 dollar endirildiyi də vurğulanıb. Səudiyyə Ərəbistan qiymətlərinin ən yüksək səviyyəyə qaldırılmasına qarar verib. Bu qərar, OPEC + cümə axşamı hasilatın dəyişməz qalması barədə verdiyi qərardan sonra baş verdi.

Mart iclası zamanı OPEC + gözlənilmədən neft hasilatının hazırkı səviyyəsini qorumağa qərar verdi. Eyni zamanda, Rusiya üçün hasilatın aprel ayında gündə 130 min barel, Qazaxıstan üçün isə 20 min barel artırılması razılaşdırıldı.

OPEC + Monitorinq Komitəsinin (JMMC) növbəti iclası 31 martda, bütün OPEC + alyansının iclası isə 1 aprel tarixində baş tutacaq. OPEC + qərarı fonunda neft qiymətləri sıçradı, Brent markasının bir barreli 71 dollar, WTI isə 65 dollar hədləri keçdi. 

Saudi Aramco, 1933-cü ildə qurulan Səudiyyə Ərəbistanının milli neft şirkətidir. Qərargah Dhahran-da yerləşir. Şirkət ölkənin demək olar ki, bütün neft istehsal müəssisələrinə nəzarət edir.