DÜNYA

25 Fevral

Bayden Greencardla bağlı məhdudiyyətləri aradan qaldırdı

ABŞ prezidenti Co Bayden "Greencard"la bağlı məhdudiyyətləri ləğv edib.

Bayden bu məhdudiyyətlərin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bəyan edib.

Sözügedən məhdudiyyətlər Tramp dönəmində qüvvəyə minmişdi. Sabiq ABŞ prezidenti bu məhdudiyyətlərin ölkədə işçilərin hüquqlarını qorumaq və əmək bazarında ABŞ vətəndaşlarının mövqeyini gücləndirməyə xidmət etdiyini bildirmişdi.