ABŞ Prezidenti Co Bayden, tədarük zəncirinin gücləndirilməsi üçün bir fərman imzalayıb.
Fins.az xəbər verir ki, son zamanlarda çip tədarükündə problemlərin olduğuna diqqəti cəlb edən Bayden, yarımkeçirici adlanan çip tədarükü probleminin avtomobil istehsalında gecikmələrə səbəb olduğunu bildirib. "Bu tədarük zəncirlərinin təhlükəsiz və etibarlı olduğundan əmin olmalıyıq" deyə Bayden qeyd edib. ABŞ-da çip çatışmazlığı səbəbindən avtomobil qiymətlərinin artması ilə bağlı narahatlıqlar Fed sədri Jerome Powellin Nümayəndələr Palatasında təqdimatında da gündəmə gətirilmişdi.
ABŞ Prezidenti Joe Biden, yüksək tutumlu akkumulyatorlar, əczaçılıq məhsulları, kritik minerallar və avtomobillər, telefonlar və hərbi texnika kimi məhsullarda istifadə olunan yarımkeçiricilərin tədarük zəncirini gücləndirərək istehsalın artırılmasına yönəlmiş yeni bir fərman imzalayıb.
Amerikanın kritik məhsullar üçün idxaldan asılılığını milli təhlükəsizlik və iqtisadi risk hesab edən Biden, tədarük zəncirinin davamlılığını və etibarlılığını artırmaq üçün bir addım atıb.
Bu çərçivədə Biden, yüksək tutumlu akkumulyatorlar, əczaçılıq məhsulları, kritik minerallar, avtomobillər, telefonlar və hərbi texnika kimi məhsullarda istifadə olunan yarımkeçiricilərin tədarük şəbəkəsinin gücləndirərək istehsalın artırılması üçün yeni bir fərman imzalayıb.
Fərmanı imzalamadan əvvəl Biden qısa bir çıxış etdi və Amerika istehsalının gücləndirilməsinin və kritik məhsullarda xarici ölkələrdən asılı olmamağın vacibliyinə diqqəti cəlb edib.
Müəllif:Aynur Qəniyeva