ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlarda səbrinin həddi var, lakin Vaşinqton məsələnin diplomatik həllinə ümid bəsləyir.
Fins.az xəbər verir ki,bu barədə jurnalistlərə Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlama verib.
"Bizim səbrimiz sonsuz deyil, lakin biz hesab edirik ki,.. İranın heç zaman nüvə silahı əldə etməyəcəyinə əmin olmaq üçün ən səmərəli üsul diplomatiyadır. İndi biz məhz bununla məşğuluq",-deyə Prays bildirib.
Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Tehranla mümkün razılaşmaların bütün konkret detallarını yalnız ABŞ və İranın iştirakı ilə aparılan danışıqlarda müzakirə etmək lazımdır.