Tesla” şirkətinin sahibi İlon Mask bir gün ərzində 15 milyard dollar itirib.
“Bloomberg” xəbər verir ki, tanınmış iş adamının böyük maliyyə itkiləri adıçəkilən şirkətin səhmlərinin kəskin ucuzlaşması səbəbindən baş verib.
“Bloomberg Billionaires Index” (BBI) göstəricisinə görə, hazırda Maskın sərvəti 183 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən varlı şəxsləri siyahısında “Amazon”un təsisçisi Cef Bezosdan sonra ikinci pillədədir. Sonuncunun sərvəti 186 milyard dollar civarında qiymətləndirilir.
Qeyd edək ki, ötən gün ABŞ qiymətli kağızlar bazarında “Tesla”nın səhmləri 8.55% ucuzlaşaraq 714.5 dollara düşüb. Bu 2020-ci ilin sentyabr ayından bəri şirkət səhmlərinin ən kəskin ucuzlaşması halıdır.