ABŞ-ın Denver şəhərində “Boeing 777” tipli sərnişin təyyarəsinin mühərrikinin örtük hissəsinin parçalanaraq yaşayış evlərinin üstünə düşməsi, ilkin ehtimal olaraq, mühərrikin hissələrində metalın köhnəlməsi ilə əlaqələndirilir.
Bu barədə CBS telekanalı ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şuranın (NTSB) sədri Robert Sumvalta istinadən məlumat yayıb.
Şura sədrinin sözlərinə görə, mühərrikdəki pərlərin iki bıçağı sınıb: onlardan biri – əsas pər, ikincisi isə ortada yerləşən pərdən qopub. Mühərrikin sınan hissələri təyyarənin gövdəsinə də ziyan vurub.
Hazırda şura pər bıçaqlarının nə qədər köhnəldiyini araşdırmağa çalışır.
© APA