Şərqi Aralıq dənizində yük gəmilərindən birindən dənizə neft sızır.
Fins.az xəbər verir ki, neft sızıntısı nəticəsində İsraildəki çimərliklərin hamısı çirklənib.
Məsələ ilə bağlı İsrailin səhiyyə, daxili işlər və ətraf mühitin mühafizəsi nazirləri əhalidən növbəti əmrə qədər çimərliklərdən uzaq durmaları barədə xəbərdarlıq ediblər.
İsrailin ətraf mühitin mühafizəsi naziri Qila Qamliel açıqlamasında ərazidə sızma zamanı 9 gəminin olduğunu və neft axan gəminin müəyyənləşdirilməsi istiqamətində istintaq işinin aparıldığını vurğulayıb.
O qeyd edib ki, neft sızıntısı olan gəmi müəyyən edildikdən sonra qanuni şəkildə tədbir görüləcək.