ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya ilə siyasi sabitlik məsələlərində əməkdaşlığa hazır olduqlarını bəyan edib.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Cenevrə Silahsızlandırma Konfransında çıxış edərkən Moskvaya əməkdaşlıq mesajı göndərib.
“Silah idarəçiliyi və təhlükəsizlik problemləri ilə bağlı strateji sabitlik məsələləri barədə müzakirələrə Rusiyanı daxil etməyə hazırıq.
Rusiya tərəfindən formalaşdırılan daha geniş meydan oxumalar haqqında və xüsusən ABŞ-ın nüvə cəbbəxanasının bir-birimiz üçün necə təhdid yaratması mövzusunda obyektiv olacağıq”, - dövlət katibi vurğulayıb.
Blinken əlavə edib ki, ABŞ Rusiya və Çin də daxil olmaqla, bütün ölkələrlə kosmik sahədə davranış qaydalarının inkişafı ilə bağlı əməkdaşlıq etmək istəyir.