DÜNYA

22 Fevral

Puşkovdan Whatsapp bağlı KRİTİK AÇIQLAMA

Whatsapp yeni qaydalarıı qəbul etməyən hər kəsi 15 maydan etibarən kənarlaşdırmaqla təhdid edir. Öz oyununun qaydalarını diktə etmək məqsədi daşıyan internet nəhənglərinin fəaliyyətləri kontekstində, bu, real “Böyük Qardaş” yaratmaq addımıdır. Bir çox insan protest hissi ilə buna alternativ tapacaq. Hamsterlər isə yeyəcək”.

Fins.az xəbər verir ki, bu sözləri Rusiya Parlamenti Federasiya Şurasının üzvü Aleksey Puşkov tvitter hesabında yazıb.

A.Puşkov  Whatsapp  planlaşdırdığı və mübahisələrə səbəb olan gizlilik qaydaları haqqında bilgiləri oxumayan istifadəçilərə qarşı hərəkətə keçmək planlarını belə şərh edib.

Qeyd edək ki,Whatsapp mesajlaşma platforması istifadəçilərinə yeni gizlilik qaydalarını qəbul etmələri istiqamətində xəbərdarlıq göndərməyə başlamasından sonra istifadəçilərdən gələn sərt reaksiyalar səbəbilə 15 yanvarda sözügedən qaydaları 8 fevraldan 15 maya təxirə salındığını açıqlamışdı.