DÜNYA

22 Fevral

Co Baydenin müşaviri Ceyk Sallivan: ABŞ-ın buna səlahiyyəti çatmır

ABŞ administrasiyasının koronavirusun mənşəyi barədə nəticələr çıxarmağa səlahiyyəti yoxdur və bunu etmək üçün ÜST-ü əlindən gələni əsirgəməməyə çağırır.

Fins.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

"COVID-19-un dünyada necə peyda olduğu barədə danışmağa mənim haqqım yoxdur. Mənim haqqım ancaq ona çatır ki, ÜST-ü mümkün olduğu qədər öz işini tam həcmdə görməyə dəvət edim... COVID-19-un məhz harada əmələ gəldiyi barədə nəticələr çıxara biləcək mövqedə deyiləm, heç Baydenin administrasiyası da o mövqedə deyil", - Sallivan CBS-in efirində deyib.

Onun sözlərinə görə, bunun bir səbəbi də koronavirusun mənşəyi məsələsində Çin hökumətinin kifayət qədər şəffaf olmamasıdır.

Qeyd edək ki, ABŞ-ın bundan öncəki hakimiyyəti, xüsusilə sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo koronavirusun laboratoriyada, özü də Çində yaradıldığını bəyan edirdilər.