DÜNYA

22 Fevral

SpaceX bazar dəyərini yüksəldib

SpaceX şirkəti səhmlərin satılması sayəsində 850 milyon dollar investisiya cəlb edib. Bu barədə CNBC saytı xəbər verib. Məlumata əsasən bunun sayəsində şirkətin bazar dəyəri 74 milyard dollara yüksəlib. Hələ keçən ilin avqust ayında investorlar SpaceX-in bazar dəyərini 46 milyard dollar qiymətləndirmişdilər. Məlumata əsasən şirkət həmçinin 6 milyard dollar dəyərində investisiyanın edilməsi təklifini də alıb.

    Bununla yanaşı SpaceX şirkəti bildirib ki, 3 ay ərzində Starlink peyk interneti layihəsinin istifadəçi sayı 10.000 insan təşkil edib. Şirkət əlavə edib ki, o artıq Yer kürəsinin orbitində 1000 ədəd peyk yerləşdirib. Minimal şəbəkə əhatəsinin yaradılması üçün isə 360 ədəd peyk lazımdır. Bu ayın əvvəlində Elon Musk bildirmişdi ki, yaxşı pul axını halında Starlink birjaya çıxa bilər. Bu üsul ilə Starlink-in ayrıca şirkətə çevrilməsi potensialı daha böyükdür.