"Rəsmi Tehran razılaşmanın bütün tərəfləri götürdükləri öhdəlikləri yerinə yetirməyə başladıqdan sonra Vaşinqtonla nüvə sazişi üzrə danışıqlara başlamağa hazır olacaq".
Fins.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib
Diplomat əlavə edib ki, faktiki olaraq ABŞ öz siyasətini dəyişməyib:
“ABŞ İrana qarşı qoyduğu sanksiyaları götürməsə, nüvə sazişində dəyişiklik edilməsi barədə danışıqlar olmayacaq”, - deyə C. Zərif bildirib.