Eurostatın son rəqəmləri göstərir ki, Çin indi Avropa iqtisadiyyatının fəaliyyətində daha böyük rol oynayır.
Fins.az xəbər verir ki, göstəricilərə görə, Çin ABŞ-ı Avropanın ən böyük ticarət ortağı olaraq taxtdan salıb.
Avropa Birliyinin Çinə ixracatı keçən il 2,2%, idxal 5,6% çoxalıb. ABŞ-a ixracat 8,2%, idxal 13,2% azalıb.
ING İqtisadçısı Carsten Brzeski, "Bunun səbəbi, Çin və Asiyanın V şəklində bərpa edilən tək bölgələr olmasıdır" deyib.
Avropa ölkələrindən fərqli olaraq, ilk dəfə koronavirus hadisələrinin ortaya çıxdığı Çində ciddi məhdudiyyətlər və karantinlər tətbiq edilməyib. Bu səbəbdən də Çin iqtisadiyyatı digər ölkələrə nisbətən koronavirusdan əvvəlki səviyyələrə daha yaxındır.
ABŞ və Çin dekabr ayında Avropa şirkətlərinin Çində fəaliyyət göstərməsini asanlaşdıran 2013-cü ildən bəri danışıqlar aparan bir investisiya müqaviləsi imzalayıblar.
Müəllif:Aynur Qəniyeva