DÜNYA

17 Fevral

İlon Mask dünyanın ən varlı insanı statusunu itirdi

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos yenidən dünyanın ən zəngin insanına çevrilib.

C.Bezos bir aydan çoxdur liderliyi əlində saxlayan “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı geridə qoyaraq, dünyanın ən zəngin insanı statusunu geri qaytarıb.

Bu barədə qiymətləndirməni “Bloomberg” aparıb.

Reytinqə görə C.Bezosun hazırda sərvəti 191 milyard dollardır, İlon Maskın isə sərvəti 190 milyard dollar dəyərində qiymətləndirilib.

Reytinq siyahısında üçüncü yerdə “Microsoft”un yaradıcısı Bil Qeyts qərarlaşıb.

Hazırda onun sərvəti 137 milyard ABŞ dolları təşkil edir.