Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
Fins.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər OPEK+ razılaşmalarının tətbiqi barədə fikir mübadiləsi aparıb. İki ölkə arasında sabitliyi qorumaq üçün sıx koordinasiyanın davamı barədə razılıq əldə olunub.
Putin və Salman regional məsələləri, xüsusilə Suriya və Fars körfəzindəki son vəziyyəti müzakirə edib.