Microsoft-un qurucusu Bill Gates, yaxın beş ildə iqlim dəyişikliyi ilə mübarizə üçün təxminən 2 milyard dollar investisiya qoymaq niyyətindədir.
Fins.az xəbər verir ki, bunu bazar ertəsi günü Almaniyanın Handelsblatt qəzetinə verdiyi müsahibəsində o elan edib.
Microsoft qurucusu Geyts, startap şirkətlərinə və digər layihələrə vəsait yatırmağı planlaşdırır. Onun fikrincə, yenilikçi texnologiyaların köməyi ilə iqlim fəlakətinin qarşısı alınmalıdır. Bu mümkündür, amma çox çətin olacaq.
Eyni zamanda, Gates, tədqiqatlara qlobal dövlət investisiyalarının beş dəfə - ildə ən azı 110 milyard dollar artırılmasına çağırıb. Bunlar dünyada bərpa olunan enerjilərin və digər yeniliklərin inkişafına yönəldilməlidir.Fiziki iqtisadiyyatı tarixdə görünməmiş bir sürətlə dəyişdirməliyik.
Müəllif:Aynur Qəniyeva