Bank hesablarında bir milyon lirə və daha çox olan Türkiyə vətəndaşlarının sayı 2020-ci ildə əvvəlki ilə nisbətən 82 min 278 nəfər artaraq 308 min 278 təşkil edib. Ölkə daxilində və xaricdə yaşayanları əhatə edən bu rəqəm 2019-cu ildə 225 min 441 nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyindən bildirilib.
Qeyd edilib ki, ölkədə yaşayan milyonerlərin sayı isə il ərzində 77 min 774 nəfər artaraq 279 min 794-ə çatıb. Bu insanların ümumi depozitləri 1 trilyon 842 milyard 409 milyon lirəyə yüksəlib. Xaricdə yaşayan türk əmanətçilərin sayı 2020-ci ilin sonuna 28 min 484-ə yüksəlib. Bu rəqəm 2019-cu illə müqayisədə 5063 artıb, onların hesablarındakı vəsaitin həcmi 117 milyard 192 milyon lirə təşkil edib.
© Azərtac