DÜNYA

15 Fevral

Avrokomissiya Latviyanın iqtisadi artım proqnozunu aşağı salıb

Avropa Komissiyası Latviyanın bu ilə, həmçinin 2022-ci üzrə ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu aşağı salıb.

Avropa Komissiyası koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair tədbirlərin tədricən ləğv ediləcəyi ehtimalı səbəbindən Latviya iqtisadiyyatının bərpasının ilin birinci yarısında nisbətən məhdud olacağını qeyd edir. Buna baxmayaraq, hökumətin göstərdiyi dəstək mexanizmləri iqtisadi fəallığı qoruyub saxlamağa kömək edəcək.

Bildirilib ki, Avrokomissiyanın qış proqnozlarına əsasən, Latviyanın ÜDM-i bu il 3,5 faiz, gələn il 3,1 faiz artacaq. Payızda Avropa Komissiyası Latviya iqtisadiyyatının cari ildə 4,9 faiz, 2022-ci il üzrə 3,5 faiz artacağını proqnozlaşdırıb. Latviyada inflyasiyanın bu il 1,5 faiz, gələn il isə 1,9 faiz təşkil edəcəyi gözlənilir.

Avropa Komissiyası Estoniyanın ÜDM-nin bu il 2,6 faiz, gələn il 3,8 faiz artacağını, cari ildə ölkədə inflyasiyanın 1,2 faiz, növbəti il 2,1 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Litvanın ÜDM-nin cari ildə 2,2 faiz, 2022-ci ildə 3,1 faiz artacağını, inflyasiyanın bu il 1,7 faiz, gələn il isə 1,8 faiz səviyyəsində olacağı gözlənilir.

© Azərtac